Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xızı şəhərində vətəndaşları qəbul edəcək. Xeberdar.net-in məlumatına görə, bu barədə Dövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumata görə, nazir K.Heydərov tərəfindən yanvarın 17-də Xızı şəhərində, Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Xızı və Siyəzən rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. Qəbula gələn vətəndaşların qeydiyyatı 16 yanvar 2025-ci il tarixdə Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.
Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.