Quru sərhəd açılır? — Azərbaycanla Rusiya arasında qatar reysləri bərpa olunur

79 18-01-2025, 15:41 dunya

Quru sərhəd açılır? — Azərbaycanla Rusiya arasında qatar reysləri bərpa olunurMart ayından etibarən Azərbayan və Rusiya arasında qatarla sərnişindaşıma bərpa olunacaq.

Xeberdar.net bildirir ki, bu barədə “Gununsesi.info”-ya məlumatlı mənbələr bildirib. Qeyd olunur ki, hər iki ölkənin müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub.

Ötən il dekabrın 25-də Bakıdan Qroznı şəhərinə uçan Azərbaycan Hava Yollarına məxsus “Embrader 190” sərnişin təyyarəsinin Rusiya səmasında HHQ tərəfindən vurulmasından sonra qonşu ölkənin 10-a yaxın hava limanına uçuşlar dayandırılıb.

Məlumdur ki, bu hadisədən bir neçə gün sonra gözləntilərin əksinə, Baş nazir Əli Əsədov Azərbaycanda xüsusi karantin rejiminin növbəti dəfə aprelin 1-ə qədər uzadılması haqda qərar verib. Nəticədə Rusiyada çalışan azərbaycanlılar gediş-gəliş problemi ilə üzləşib.

Görünür, Rusiya və Azərbaycan hökumətləri arasında qatar vasitəsi ilə sərnişindaşımanın bərpa olunması barədə razılaşma problemin qismən həllinə yönəlib.

XƏBƏR LENTİ