“İran Silahlı Qüvvələri Fars körfəzinin şimalında ABŞ tankerinə zərbə endirib. Hazırda gəmidə yanğın başlayıb”.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Mətbuat xidməti məlumat yayıb.
“Artıq məlumat vermişdik ki, ABŞ-yə, İsrailə, Avropa ölkələrinə və onların tərəfdarlarına məxsus hərbi və ticarət gəmilərinə Hörmüz boğazından keçmək qadağan ediləcək. Belə gəmilər aşkar edildiyi halda mütləq hücuma məruz qalacaqlar”, - SEPAH-ın bəyanatında deyilir.