"Aşıq Pəri Məclisi"nin "Zəfər Günəşi" adlı şeir almanaxının təqdimatı keçirilib+FOTO

649 27-01-2025, 22:40 gundem

"Aşıq Pəri Məclisi"nin "Zəfər Günəşi" adlı şeir almanaxının təqdimatı keçirilib+FOTO
Tədbirdə ölkənin tanınmış ədəbi simaları və ictimai xadimləri iştirak edib.
Tədbir "Aşıq Pəri Məclisi"nin rəhbəri, şairə Pərvanə Zəngəzurlunun ürək sözləri ilə başlayıb. O, qeyd edib ki, "Zəfər Günəşi" almanaxı Prezident, Ali Baş Komandan İlham Əliyevə olan böyük sevgi və ehtiramın ifadəsi kimi yaradılıb. Kitabda yer alan şeirlərdə Vətən müharibəsindəki qələbəmizə, xalqımızın birliyinə, ordumuzun şücaətinə və Ali Baş Komandanın qətiyyətli liderliyinə həsr olunmuş duyğular öz əksini tapıb. Şair və şairələr öz əsərlərində yalnızca qələbə sevincini deyil, həm də İlham Əliyevin bu tarixi zəfərdə oynadığı əvəzolunmaz rolu şərəflə və məhəbbətlə tərənnüm ediblər.
Bu almanax, təkcə bir şeir toplusu deyil, həm də Azərbaycan xalqının tarix yazdığı o möhtəşəm günlərin ruhunu əks etdirən bir ədəbi salnamədir
Çıxış edənlər arasında Aşıq Pəri Məclisinin yaradıcılarından olan Səadət Buta, “Dədə Ələsgər Ocağı İctimai Birliyi”nin rəhbəri Xətai Ələsgərli, şairə Lilpar Cəmşid qızı, şair İmran Güllübulaqlı, həmçinin aşıqlar – Sevil Ədalət, Dərya Mərdanzadə və Həqiqət Şınıxlı öz çıxışlarında "Zəfər Günəşi" almanaxının Prezident İlham Əliyevin şərəfinə böyük bir töhfə olduğunu qeyd edib və bu kitabın ədəbi mühit üçün dəyərli bir hədiyyə olduğunu vurğulayıb.
Kitabın tərtibatçılarından olan şairə Südabə İrəvanlı almanax haqqında geniş və dərin məzmunlu çıxış edərək kitabın mahiyyəti və yaradılış prosesindən bəhs edib.
Tədbirin ən yaddaqalan məqamlarından biri isə ustad aşıqların – Sevil Ədalətin, Həqiqət Şınıxlının və gənc aşıq Dərya Mərdanzadənin sazdakı möhtəşəm ifaları olub. Almanaxda şeirləri yer alan şairələr öz əsərlərini səsləndirərək tədbirə daha da rəng qatdı.
Sonda "Aşıq Pəri Məclisi"nin rəhbəri Pərvanə Zəngəzurlu iştirak edən bütün qonaqlara, xüsusilə də "Zəfər Günəşi" kitabının ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirib.

XƏBƏR LENTİ