Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq

10 Bu gün, 09:45 cemiyyet / gundem

Partlayış səsləri eşidiləcək - Xəbərdarlıqİstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 16-19 mart tarixlərində Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

Xeberdar.net məlumat verir ki, bu barədə Müdafiə Nazirliyi xəbər yayıb:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

XƏBƏR LENTİ