Ali məktəblərə qəbulun ikinci mərhələsinin tarixi açıqlanıb

17 Bu gün, 11:32 cemiyyet

Ali məktəblərə qəbulun ikinci mərhələsinin tarixi açıqlanıb





















II və III ixtisas qrupu üzrə imtahan 24 may, I və IV ixtisas qrupu üzrə isə 7 iyun tarixlərində olacaq

Ali məktəblərə qəbul imtahanının II cəhdinin I mərhələsi mayın 24-ü və iyunun 7-si keçiriləcək. Xəbərdar.net məlumat verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

Qeyd olunub ki, II və III ixtisas qrupu üzrə imtahan 24 may, I və IV ixtisas qrupu üzrə isə 7 iyun tarixlərində olacaq.

Həmçinin coğrafiya fənni üzrə əlavə imtahan iyunun 7-si keçiriləcək.

Sözügedən imtahanlara qeydiyyat 16-29 aprel tarixlərində aparılacaq.

XƏBƏR LENTİ