Bəzi ərazilərdə qaz olmayacaq

10 Bu gün, 21:03 cemiyyet

Bəzi ərazilərdə qaz olmayacaqAstara rayonunun bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

Xeberdar.net məlumat verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi xəbər yayıb.

"Astara şəhəri, M.Əzizbəyov küçəsində yeni kanalizasiya xətlərinin çəkilişi zamanı ortatəzyiqli yeraltı qaz xətti zədələnib. Baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik məqsədilə M.Əzizbəyov, S.Vurğun və N.Paşa küçələri üzrə ümumilikdə 760 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda yaranmış nasazlığın aradan qaldırılması istiqamətində təmir-bərpa işlərinin aparılması planlaşdırılır. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq. Yaranmış narahatlığa görə abonentlərdən üzr istəyirik", - məlumatda qeyd olunub.

XƏBƏR LENTİ