55 yaşlı kişi faciəvi şəkildə öldü

166 10-07-2025, 11:47 cemiyyet

55 yaşlı kişi faciəvi şəkildə öldüHacıqabulda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Xeberdar.net məlumat verir ki, hadisə rayonun İkinci Udulu kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Yusif Əli oğlu Ağayev yaşadığı evin həyətyanı sahəsində yerləşən artezian quyusundan su götürmək istəyən zaman, nasosa qoşulmuş və gərginlik altında olan elektrik naqilinin izolyasiyasız hissəsinə toxunması nəticəsində cərəyan vurmasından hadisə yerində ölüb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ