Tramp administrasiyası Amerika silahlarının ixracını artırmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Agentlik Trampın bununla ölkədə yeni iş yerləri açmağı planlaşdırdığını bildirib:
“Tramp fevralda silah ixracı qaydalarında dəyişiklik etmək niyyətindədir. Bu, Amerika silahlarının digər ölkələrə satış prosedurunu asanlaşdıracaq”.
Qeyd edək ki, ABŞ-ın Azərbaycana silah satışı qadağan edilib. Buna səbəb isə 90-cı illərdə qəbul edilən 907-ci düzəliş, eləcə də NATO-nun savaş aparan ölkələrə silah ixrac etməməsi olub.
Xeberdar.net