Donald Trump yaxın günlərdə ABŞ ilə İran arasında davam edən silahlı qarşıdurmanın dayandırılması ilə bağlı memorandumun imzalanacağına ümid etdiyini bildirib.
“Qafqazinfo”nun yaydığı məlumata əsasən, bu barədə “Fox News”un aparıcısı Bret Baier Trampla telefon danışığından sonra açıqlama verib.
Məlumata görə, Ağ Ev rəhbəri sənədin imzalanması məsələsində “ehtiyatlı optimizm” nümayiş etdirir. Aparıcı qeyd edib ki, Tramp razılaşmanın əldə olunması üçün bir həftəlik müddət müəyyənləşdirib.
Qeyd edək ki, Axios portalının məlumatına əsasən, sülh sazişi ilə bağlı müzakirələrin Pakistan və ya İsveçrədə keçirilməsi nəzərdə tutulur. Vaşinqton administrasiyası 14 maddədən ibarət memorandumun əsas şərtlərinə dair Tehrandan 48 saat ərzində cavab gözləyir. Sənəddə hərbi əməliyyatların dayandırılması və 30 günlük danışıqlar prosesinə başlanılması nəzərdə tutulub.