İran ərəb ölkəsinə yenidən hücum etdi

8 Bu gün, 11:10 dunya

İran ərəb ölkəsinə yenidən hücum etdiİranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumları davam edir.

Bu barədə Axar.az xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin bir sıra bölgələrində hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.

Nazirlik əhaliyə sakit qalmağı və rəsmi qurumların təhlükəsizliklə bağlı göstərişlərinə əməl etməyi tövsiyə edib.

Qeyd edək ki, son iki gündə BƏƏ-yə İran tərəfindən raket və dron hücumlarının həyata keçirildiyi barədə məlumatlar yayılıb. İran tərəfi isə bu iddiaları rədd edib.

XƏBƏR LENTİ