"Ariva” hoteli yanvarın 8-də Bakıda ərəb turistin 311 nömrəli otaqda ölməsi ilə bağlı yerli KİV-də yayılan məlumatlara münasibət bildirib.
Xeberdar.net-in məlumatına görə, hoteldən Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, insident barədə dərhal polisə xəbər verilib və hadisə yerinə tibbi ekspertiza aparılıb.
Qeyd edilir ki, mərhum ürək çatışmazlığından vəfat edib, otaqda onun qəbul etdiyi dərman preparatları da aşkar olunub.
Hotel nümayəndəsi ərəb turistin otağında xanımların olması barədə məlumatı təkzib edib:
"Saytlarda yayılan məlumatlar yanlışdır. Həmin şəxsin otağında xanım olmayıb. O, nömrədə tək olub”.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xeberdar.net