Rusiyanın Ulyanovsk vilayətində qətl törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı mühakimə olunacaq.
Bu barədə Ulyanovsk vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, hadisə 2014-cü ilin payızında baş verib. Çörəkxana müdirinin həyat yoldaşı mübahisə zəminində öz ərini öldürtdürmək üçün 39 yaşlı Azərbaycan vətəndaşı ilə razılıq əldə edib. Həmin çörəkxanada çörəkçi işləyən azərbaycanlı 9 min dollara yaxın pul müqabilində qətl sifarişini qəbul edib. O, qadının verdiyi silahla binanın girişində öz müdirini güllələyərək öldürüb.
Ulyanovsk vilayət prokurorluğu xüsusi ağır cinayət törətməkdə şübhəli bilinən regionun iki sakininə qarşı cinayət işi üzrə ittiham qərarını təsdiq edib. İttiham qərarının təsdiq edilməsindən sonra cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Hazırda 34 yaşlı qadın qətl sifariş etməkdə, Azərbaycan vətəndaşı isə sifarişlə qətl törətməkdə ittiham olunur/Report.