Göygöl yaxınlığında "yoxa çıxan" Rusiya aliminin yeri bilindi

817 13-01-2018, 18:26 dunya / gundem

Göygöl yaxınlığında "yoxa çıxan" Rusiya aliminin yeri bilindiAzərbaycana turizm məqsədi ilə səfərə gəlmiş və sərhədyanı zonaya yollandıqdan sonra bir həftə bundan əvvəl itkin düşmüş Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov doğmaları ilə əlaqə qurub.

Xeberdar.net "RIA Novosti"yə istiandən xəbər verir ki, bunu onun anası Olqa Çulkova bildirib.

“Ona zəng etməyə icazə veriblər. Deyir ki, yemək verirlər, tezliklə buraxacaqlarına və Moskvaya yollayacaqlarına söz veriblər”, - Çulkova deyib.

Alimin anasının sözlərinə görə, onunla Rusiya səfirliyindən də əlaqə saxlayıblar və əmin ediblər ki, oğlunun həyatına təhlükə yoxdur.

Xeberdar.net



XƏBƏR LENTİ