Taylandda ac meymunlar kəndə hücum etdi

1 133 22-01-2018, 18:11 dunya / gundem

Taylandda ac meymunlar kəndə hücum etdiTaylandın Sisaket vilayətində iki kənd makakalarının hücumuna məruz qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Ac olan vəhşi meymun sürüləri evlərə basqın edib, ərzaq axtarışında otaqları və mətbəxi alt-üst edib, soyuducuları açıb, məhsulları yerə boşaldıb. Meymunlar ətrafdakı əkin sahələrinə ziyan vurub, buddist məbədinə aid yaşayış evlərinə soxulub. “Hücumlarda” üç minə yaxın meymunun iştirak etdiyi bildirilir.

Ac makakalar evə qapı və pəncərədən daxil ola bilmədikdə, evlərin bacasına və ventilyasiya sistemlərinə dırmanıb. Bəzən evlərin damlarında “qənimət” uğrunda müxtəlif sürülər arasında kütləvi dava düşüb. Bir neçə yaşayış evinə ziyan dəydiyi xəbər verilir.

Yerli sakinlər meymunların regiona turist axınına səbəb olacağına ümid etdiyindən onlara toxunmur. Sakinlər dövlətin aidiyyəti qurumlarını makakaların populyasiyasını məhdudlaşdırmağa çağırır. Belə ki, məhz makaka sayının həddindən artıq çoxalmasının bu heyvanların məskənlərində qida qıtlığına və onların kəndlərə hücum etməsinə səbəb olduğu iddia olunur.
Yava makakaları (lat. Macaca fascicularis) boyu 60-65 sm, çəkisi 8.5 kiloqrama qədər olan kiçik ölçülü meymunlardır. Onlar vadilərdə, tropik və manqra meşələrində məskunlaşır.

Xeberdar.net

XƏBƏR LENTİ