BAO “RƏSULZADƏ-134” mövzusunda Dəyirmi Masa keçirəcək

915 23-01-2018, 15:11 gundem

BAO “RƏSULZADƏ-134” mövzusunda Dəyirmi Masa keçirəcək
Yanvarın 27-də saat 15:00-da Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Azərbaycan siyasi mühacirətinin lideri, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri olan M.Ə.Rəsulzadənin doğum gününə həsr olunmuş “RƏSULZADƏ-134” mövzusunda Dəyirmi Masa keçiriləcək.

Tədbirdə siyasi analitiklər, ictimai-siyasi fəallar, ziyalılar, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər. Hər bir şəxsin iştirakı arzu olunandır.

Ünvan: Bakı şəhəri, Ələşrəf Əlizadə-31, BAO-nun qərargahı (Təfəkkür Universitetinin, Nərimanov rayonu İcra Hakimiyyətinin və Şərq Bazarının yaxınlığı).

BAO İnformasiya Xidməti

XƏBƏR LENTİ