“Dekan müavini haqda araşdırma davam etdirilir” –BDU-dan qovulan laborantla bağlı açıqlama

1 079 23-01-2018, 17:03 gundem

“Dekan müavini haqda araşdırma davam etdirilir” –BDU-dan qovulan laborantla bağlı açıqlama
Bakı Dövlət Universiteti işdən çıxarılan laborantla bağlı açıqlama verib.

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, laborant daxili nizam-intizam qaydalarını pozduğu üçün universitetdən xaric edilib: “Dekan müavininə gəldikdə isə onunla bağlı araşdırma davam etdirilir”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadə ilə universitetin laborantının arasında baş tutan söhbətin səs yazısı yayılmışdı. Səs yazısında dekan müavini “Özünü burada normal apar. Elə eləmə sənədlərini toplayıb, səni yox edək burdan. Eşitdin nə deyirəm sənə? Bu dəfə mən sənlə sözlə danışıram, gələn dəfə əl-ayaqla danışacam. Mənim elə “terpeniyam” yoxdur. Sən özünü küçədəki kimi aparırsan” sözlərini deyərək, onun ünvanına təhqirlər yağdırmışdı.

Yanvarın 18-də isə həmin laborant işdən çıxarılıb.

Bu barədə Axar.az-a laborant Vüsal Yüzbaşyev məlumat verib. Deyib ki, ondan fərqli olaraq, hədə-qorxu gələn, təhqirlərdən istifadə edən dekan müavini hələ də universitetdə fəaliyyətini davam etdirir:

"Həmkarlar İttifaqı komitəsində 1 saat iclas keçirildi, həmin iclasda “sən səs yazıb, universitetimizin adına ləkə gətirmisən” deyərək məni işdən qovdular. Onu da qeyd etmək istəyirəm ki, əmək kitabçama Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini – “işçi öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” maddəsi yazıldı”".

XƏBƏR LENTİ