Almaniyada kiçik həcmli təyyarə ilə helikopter toqquşub, 4 nəfər öldü

769 23-01-2018, 19:25 dunya / gundem

Almaniyada kiçik həcmli təyyarə ilə helikopter toqquşub, 4 nəfər öldüAlmaniyanın Filupsburq şəhəri yaxınlığında kiçik həcmli təyyarə ilə helikopter toqquşub, 4 nəfər ölüb.

Bu barədə "Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir.

Qəza zamanı hər iki nəqliyyat vasitəsi alovlanıb. Hadisə yerinə təcili yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib.

Faciənin təfərrüatları, qəza anında təyyarə və helikopterdə nə qədər insan olduğu barədə, hələ ki, heç bir məlumat yoxdur.

Xeberdar.net

XƏBƏR LENTİ