Bakıda daha bir məhkum ölümü baş verib.
Moderator.az APA-ya istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Müalicə müəssisəsində qeydə alınıb.
Orada müalicə alan, 1958-ci il təvəllüdlü Əliyev Fazil İsgəndər oğlu xəstəlikdən ölüb.
Qeyd edək ki, F. Əliyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2010-cu ildə keçirdiyi əməliyyat zamanı tutulub. Ondan xeyli miqdarda heroin götürülüb.
Xeberdar.net