Alimlər iki "yeni Dünya" kəşf etdilər

1 051 24-01-2018, 16:40 maraqli / gundem

Alimlər iki "yeni Dünya" kəşf etdilər
Alimlər iki yeni planet kəşf ediblər.
Hər iki planetdə su və istilik mənbələri var, həyat üçün əlverişlidir.

Ötən il alimlər tərəfindən "Trappist-1" adlandırılan yeni günəş sistemi kəşf edilmişdi. Sistemdə 7 planet və 1 ulduz var. Bu kəşfdən sonra Yer planetinə bənzər planet axtarışları başlamışdı. Alimlərin fikrinə görə, qalaktikamızda Yer kimi böyük və qayalıq olan planetlər tapmaq mümkündür.
Emi Barr adlı alim Macarıstandakı həmkarları ilə birlikdə "Trappist-1" sistemindəki planetlərin riyazi bir modelini hazırlayıb. Modelə əsasən, sistemdəki 7 planetin altısında maye və ya buz halında olan su və hətta planetlərin birində okean da kəşf etmək mümkündür.

Alimlərdən verilən açıqlamaya əsasən, sistemdəki planetlər yumurta şəklində fərqli bir orbitdə yerləşirlər. Yəni, planetlər sistemdəki ulduzun orbitində dövr edəndə hər dəfə daha da genişlənirlər. Bu planetlərin səthinin tempratur dərəcəsi də alimlər tərəfindən tədqiq edilir./Ölkə.Az

XƏBƏR LENTİ