Suriyanın Afrin bölgəsində davam edən “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri daha bir yaşayış məntəqəsini terroçulardan təmizləyib.
Trend-in məlumatına görə, bununla da Afrində azad edilən yaşayış məntəqələrinin sayı 13-ə çatıb.
Bildirilir ki, əməliyyatlar zamanı 20-dən çox terrorçu əsir götürülüb, 214 obyekt məhv edilib.
İnsan itkiləri ilə bağlı daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Türkiyə Silahlı Qüvvələri və Suriya müxalifəti "Zeytun budağı" hərbi əməliyyatının ilk 4 günü ərzində 7-8 nəfər itki verib, terrorçulardan isə 268 nəfərin zərərsizləşdirildiyi bildirilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Xeberdar.net