Dəhşətli cinayət! Ərini öldürərək üstünü betonladı - 13 yaşlı qızıyla

675 25-01-2018, 11:55 dunya / gundem

Dəhşətli cinayət! Ərini öldürərək üstünü betonladı - 13 yaşlı qızıylaHadisə Türkiyənin Bodrum şəhərində baş verib.


Xeberdar.net Türkiyə KİV-nə istinadən xəbər verir ki, əri tərəfindən dəfələrlə zorakılığa məruz qalan qadın, sonda onu öldürmək qərarına gəlib. O ifadəsində ərinin evdən oğurluq etdiyini və narkotik istifadəçisi olduğunu bildirib. Ən dəhşətlisi isə qadının ərini 13 yaşlı qızı ilə birgə öldürüb basdırması olub.

Qaddının sözlərinə görə dəfələrlə ərindən boşanmaq istəsə də, kişi buna imkan verməyib. Onu ölümlə hədələyib. Ərinin yuxuda olmasından istisadə edərək, evdəki tapançanı götürüb qızı ilə əl-ələ tutaraq ona yaxınlaşıb. Gözələrini yumaraq tətiyi çəkib. Daha sonra kişini bir quyuya ataraq üstünü betonlayıblar.

Faktla bağlı polis araşdırma aparır.

Xeberdar.net

XƏBƏR LENTİ