Trump Erdoğana nə deyib?

660 25-01-2018, 12:51 dunya / gundem

Trump Erdoğana nə deyib?
Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ prezidenti Donald Trump-la telefon görüşməsində Suriyanı müzakirə edib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan ABŞ prezidenti Donald Trump-la telefon görüşməsində Suriyanı müzakirə edib.

Ağ ev bu görüşmə ilə bağlı yaydığı açıqlamada bildirib ki, Donald Trump görüşmədə "Afrində şiddətin artmasının Suriyada ortaq hədəflərə çatma riskini doğurduğunu" söyləyib.

Açıqlamada vurğulanır ki, ABŞ prezidenti Türkiyəni ""eskalasiyanı azaltmağa, öz hərbi əməliyyatlarını məhdudlaşdırmağa, habelə mülki əhali arasında tələfata və adamların didərgin düşməsinə yol verməməyə" çağırıb.

"O, həmçinin təkrarlayıb ki, hər iki dövlət diqqəti İslam Dövləti qrupunun sonuncu yaraqlılarının məhvinə yönəltməlidir", açıqlamada deyilir.

ABŞ Prezident Adminstrasiyası bildirib ki, "Trump Türkiyədən dağıdıcı və yanlış ifadələr səslənməsindən və ABŞ vətəndaşlarının və yerli əməkdaşlarının Türkiyədə uzunmüddətli fövqəladə vəziyyət altında həbsindən narahatlığını da vurğulayıb".

Ağ ev bildirir ki, Trump "Erdoğanı Türkiyə və Amerika qüvvələri arasında münaqişə yarada biləcək hərəkətlərdən çəkinməyə dəvət edib".

Türkiyə təkzib edir: "Trump "dağıdıcı və yanlış ifadəsi işlətməyib"
Bu açıqlamanın ardınca Türkiyə Prezident Sarayındakı mənbələr bildiriblər ki, görüşmədə Trump "fərqli danışıb".

Yerli mətbuata danışan mənbələr bildiriblər ki, Donald Trump Erdoğanla görüşmədə Afrin əməliyyatı ilə bağlı "yüksələn şiddətdən narahatlıq keçirildiyi" ifadəsini işlətməyib. Onlar bildirirlər ki, Trump "dağıdıcı və yanlış ifadə" kəlməsini də söyləməyib, eyni zamanda müzakirə zamanı Türkiyədəki fövqəladə vəziyyət barədə söz açılmayıb.

Türkiyə qaynaqları mətbuata bildirib ki, Erdoğan telefon görüşməsində ABŞ-ın "terror qrupu PYD/YPG-yə silah verən, FETO rəhbərliyini himayə edən ABŞ siyasətinin Türkiyə ictimaiyyətində ciddi hiddət doğurduğunu" söyləyib.

Xeberdar.net

XƏBƏR LENTİ