Beynəlxalq Olimpiya Komitəsi (BOK) Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları – 2018-də iştirak etməyən ölkələrin azarkeşlərinə öz dövlətlərinin bayraqlarını stadionlara keçirməsini qadağan edib.
Xeberdar.net Rusiya KIV-ə istinadən məlumatına görə, bu barədə Olimpiadanın Təşkilat Komitəsi qərar çıxarıb. Qərara görə, azarkeşlər Rusiya bayrağını yarış meydançalarına apara bilməyəcəklər. Çünki Rusiya idmançıları yarışlarda Olimpiya bayrağı altında çıxış edəcəklər.
Xeberdar.net