""Teleqüllə" sürüşmə sahəsində aktivlik var" - ETSN

915 25-01-2018, 14:00 cemiyyet / gundem

""Teleqüllə" sürüşmə sahəsində aktivlik var" - ETSN"Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə zonası ilə bağlı aidiyyatı qurumlar təkliflərini təqdim etməlidir. Ekologiya Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyası tərəfindən ərazidə baş verən sürüşmə prosesinin dinamikasında aktivlik, baş verən proseslər haqqında tədqiqat işləri aparılıb".

Xeberdar.net apa-ya istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bildirib.

R. Həsənov deyib ki, hazırda ərazidə mayaklar, reperlər quraşdırılıb, nəzarət aparılır: "Hazırda ərazidə quraşdırılan mayaklara, reperlərə istinadən demək olar ki, prosesin dinamikasında aktivlik müşayiət edilir. Aparılan digər tədqiqat işlərinin nəticələri barədə də məlumat veriləcək".

O qeyd edib ki, aktivlik prosesi yamacın aşağı hissəsindəki evlər üçün təhlükə yaradır: "Tam araşdırmalar başa çatana, tədqiqatlar yekunlaşıb son qərar verilənə qədər əhalinin ehtiyatlı olması lazımdır".

Xeberdar.net

XƏBƏR LENTİ