Azərbaycanda evlilik sərtləşdirilir - YENİ TƏKLİF

1 016 25-01-2018, 15:51 cemiyyet / gundem

Azərbaycanda evlilik sərtləşdirilir - YENİ TƏKLİFAzərbaycanda nikah müqaviləsinin məcburi bağlanması təklif edilib.

Moderator.az xəbər verir ki, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva bu gün keçirilən iclasında Ailə Məcəlləsinə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburi bağlanmasını təklif edib.

S.Vəliyeva bildirib ki, bu müqavilə məcburi olarsa, boşanmaların sayı azalar: "Azərbaycanda boşanmaların sayı çoxalıb və bunun səbəbi məsuliyyətin olmamasıdır. Nikah müqaviləsi məcburiləşdirilməlidir və burada könüllük olmamalıdır. Bu müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır. Bu zaman da uşaqları anaları saxlayır. Bəzən isə uşağı tərəflərin heç biri saxlamır".

Xeberdar.net

XƏBƏR LENTİ