Qaynını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seymur Abıyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən S.Abıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisənin təfərrüatını danışan S.Abıyev iddia edir ki, mərhum Amin Bayramovun ona borcu olub. S.Abıyev iddia edir ki, A.Bayramovun borc qarşılığında öz arvadını ona təklif edib. Buna görə də onu öldürüb.
Amma cinayət işi mareriallarında yazılır ki, S.Abıyev mərhumun arvadı ilə telefonla danışıb. Lakin o, bu faktı təkzib edir.
Qeyd edək ki, rəsmi məlumata görə Bilgəh qəsəbə sakini Nəzakət Bayramova Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşməsini - bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib.
Amin Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu Seymur Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib.
A.Bayramovun avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində S.Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyən edilib.
S.Abıyev Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar sürətdə köməksiz olan afamı öldürmə) maddələri ilə təqsirli bilinir.
Xeberdar.net