Xarici İşlər Nazirliyində qeyri-rezident səfirlər qəbul edildi

727 25-01-2018, 17:53 cemiyyet / gundem

Xarici İşlər Nazirliyində qeyri-rezident səfirlər qəbul edildiXarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi səfir Pərvin Mirzəzadə Çili Respublikası (mənzil qərargahı Ankara) və Ekvador Respublikasının (mənzil qərargahı Tehran) Azərbaycan Respublikasına akkreditə olunmuş qeyri-rezident yeni səfirləri Xose Manuel Silva və German Alexandro Orteqa Almeydanın etimadnamələrinin surətlərini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a bildirilib ki, görüşdə ölkəmizin sözügedən ölkələrlə dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xeberdar.net

XƏBƏR LENTİ