Meksikada kütləvi məzarlar tapılıb

680 30-01-2018, 10:59 dunya / gundem

Meksikada kütləvi məzarlar tapılıbMeksikanın Verakruz əyalətində 2017-ci ildə 340-dan insanın basdırıldığı kütləvi qəbirlər tapılıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət baş prokuroru Jorge Vinkler məlumat yayıb. Vinkler bildirib ki, qəbirlərdə 225 nəş, 335 insan kəlləsi və 30 mindən çox sümük qalığı aşkarlanıb. Basdırılan şəxslərdən 111-in şəxsiyyəti müəyyənləşdirilib.

Qeyd edək ki, Meksika Körfəzinin sahillərində Los Setas və Zaliv narkotik kartelləri arasında tez-tez qarşıdurma olur. Basdırılan şəxslərin bu qarşıdurmaların qurbanları olduğu bildirilir.

Xeberdar.net

XƏBƏR LENTİ