Terrorçu PKK-nın Suriya qolu olan PYD-yə partiya deyənlərin ASO-ya terror təşkilatı deməsi bizi çaşdıra bilməz, amma kimlırinsə ağlını qarışdıra bilər.
Oxu.Az xəbər verir ki, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan patiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında çıxışı zamanı deyib.
Ərdoğan toplantı zamanı zalda əyləşənlərin “Rəis, bizi Afrinə apar” şüarına cavab verərkən isə bildirib ki, “Qərar verəndə Afrinə əvvəlcə mən, sonra siz gedəcəksiniz”.
O, Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu (ASO) ilə birlikdə Suriyanın Afrin bölgəsində keçirdiyi əməliyyata toxunub:
“ASO-nun “Fərat qalxanı” əməliyyatında qəhrəmancasına döyüşdüyünün şahidi olduq. Orada 614 şəhid veriblər. “Zeytun budağı” əməliyyatında ASO-nun 16 döyüşçüsü şəhid olub, 100-ə yaxını yaralanıb. Buna baxmayaraq, mübarizələrini qəhrəmancasına davam etdirirlər. Afrində indiyədək 649 terrorçunu zərəsizləşdirmişik”.
Türkiyə prezidenti deyib ki, ASO terrorçu təşkilat deyil.
R.T.Ərdoğan ölkənin əsas müxalifət partiyası olan Cümhurriyyət Xalq Partiyasını (CHP) terrorçularla eyni sırada durmaqda ittiham edib:
“Bunlara da terrorçularla hər cür müttəfiqlik, birlik yaraşır. Onlar Xalqların Demokratik Partiyası ilə dost olan, PPK-nın izi ilə gedən, PYD-ni tərifləyən əsas müxalifət komandasıdır. Amma ASO-dan danışarkən vəziyyət sanki dəyişir. ASO terror qrupu deyil, öz vətənini müdafiə edən, aralarında hər etnik qrupu təmsil edən insanların olduğu bir milli təşkliatdır. Dünyada heç bir dövlətin, heç bir təhlükəsizlik quruluşunun aşkar edə bilmədiyi bir “gerçəyi” sanki bunlar kəşf etmişlər. Nə imiş? Guya ASO bir terror təşkilatı imiş. PYD-yə partiya deyənlərin ASO-ya terror təşkilatı deməsi bizi çaşdıra bilməz, amma birilərinin qafasını qarışdıra bilər. Bunların pıçıltı ilə söylədikləri bir söz də var:
“Ölkəmizdəki suriyalılar niyə öz vətənlərini müdafiə etmək üçün döyüşmürlər?”
Onlar bununla əl altından fitnə-fəsad yaradırlar. Çünki siz, sadəcə, sizə suflyorlar vasitəsilə deyilənlər üzrə hərəkət edirsiniz”.
“Cümhurriyyət Xalq Partiyasının ən əhəmiyyətli xüsusiyyəti Qazi Mustafa Kamal Atatürkün adını istismar etməkdir. Çünki başqa sərmayələri qalmayıb”, - deyə o vurğulayıb.
Xeberdar.net