Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

12 Bu gün, 12:49 cemiyyet

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildiMüsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Bakı şəhəri və Bakı ətrafı qəsəbə və kəndlərdə də xoş əhval – ruhiyyə ilə keçirilir. Bu tədbirlərin ərsəyə gəlməsində xeyriyyəçi insanların əməyi əvəzsizdir.
Aprel döyüşçüsü Elman Əsədullayev hər il olduğu kimi bu il də oğlu Samirin başladığı ” Biz həmişə sizinləyik” layihəsini davam etdirilmişdi.
Elman bey üçün nə qədər ağır olsa da 27-si 30-u may tarixlərində Samirin 7-ci anım günü və Qurban bayrami münasibəti ilə 1200-dən çox fiziki cəhətdən qüsurlu uşaqlar və onların ailələri üçün ehsan süfrəsi təşkil edilmişdi.
Tədbiri aciq elan edərək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Ölkəmizdə fiziki cəhətdən qüsurlu uşaqların şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilb.
Söz Elman bəyə verildi,Daim qayğıya, şəfqətə və humanist münasibətə ehtiyac duyan əqli və fiziki cəhətdən qüsurlu uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılmasının hər bir dövlətin başlıca sosial məsuliyyətlərindən biri olduğunu qeyd etmişdi.Tədbirlərdə şəhid ailələri, qazilər, ictimai təşkilatların nümayəndələri, idmançılar, tanınmış musiqiçilər və digər qonaqlar iştirak edirdilər.
Fiziki cəhətdən qüsurlu uşaqlara sevinc, xoş əhval ruhiyyə bəxş edən tədbir elə bu fidan balaların səsləndirdikləri gözəl mahnilarla başa çatdı.
Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi
Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildiBiz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi
Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi
Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi
Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

XƏBƏR LENTİ