Qadınlar hansı yaşda hansı vitaminləri qəbul etməlidirlər?

987 31-01-2018, 21:48 maraqli / gundem

Qadınlar hansı yaşda hansı vitaminləri qəbul etməlidirlər?
20 YAŞ
Bu dövrdə, balanslı bəslənmə ilə bədənin ehtiyac duyduğu vitamin və minerallar təmin edilə bilər. Ancaq, yetkinlik dövründə yaşanan dəri problemlərinə qarşı A vitamini alına bilər. Qansızlıq üçün dəmir qaynağı olan qırmızı ət və ispanaq, brokoli kimi tərəvəzlər seçilməli.

30 YAŞ
Bu yaslarda D vitamini də alınması lazım olan vitaminlərdəndir. Süd və süd məhsullarında olan kalsiumu, brokoli, kələm, balqabaqdan ala bilərsiniz.

40 YAŞ
Bu yaşda vitamin ehtiyacları yenə dəyişər. Antioksidan xüsusiyyəti olan C və E vitaminləri, eyni zamanda sümüklər üçün kalsium dəstəyi təmin edən D vitamini bu dövrdə ehtiyac duyulan vitaminlərdir. Antioksidan vitaminlər, ürək sağlamlığınızı qoruyarkən, dəri yaşlanmasına qarşı da təsirli olacaq.

50 YAŞ
Bu yaş qrupundakı qadınlar 40 yaşlarında aldıqları vitaminlərə davam etməli, ancaq E vitamini dəstəyini artırmalılar. E vitamini, dəriyə faydalı olduğu qədər bədənin ürək, sinir, immunitet sistemləri üçün də faydalı bir vitamin. Bədəndə şiş üçün də E vitamini köməkçi olacaq.

60 YAŞ
Qadınların bu dövrdə kalsium və D vitamini səviyyəsini artıran vitaminlərə ehtiyacı var. Eyni zamanda, sink və B12 vitamin dəstəyi bu dövrdə sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. Yetkinlərin yüzdə 40ında B12 vitamini əskikliyi varkən, 65 yaş üstü kəslərin yüzdə 20i B12 əskikliyi problemi yaşayır. B vitamini, ət, süd və yumurta da var.

XƏBƏR LENTİ