Köhnə işıqpulu borcu silinəcək?.. - “Azərişıq”dan AÇIQLAMA

849 1-02-2018, 12:52 cemiyyet / gundem

Köhnə işıqpulu borcu silinəcək?.. - “Azərişıq”dan AÇIQLAMASon günlər yayılan məlumatlarda elektrik enerjisindən istifadəyə görə əvvəlki illərdə borclanan abonentlərin borclarının silinəcəyi bildirilir.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Modern.az-a deyib ki, bu, təmsil etdiyi qurumun səlahiyyətində olan məsələ deyil:

“Biz icraedici orqanıq. Göstərişləri icra edirik”.

Onun sözlərinə görə, elektrik enerjisindən istifadəyə görə borclu olanların sayı o qədər də çox deyil:

“Belə bir məsələ gündəmdə deyil”.

Qeyd edək ki, ölkə prezidentinin göstərişinə əsasən, 2015-ci ilin noyabr ayına qədər Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min manat borcu silinmişdi.

Xeberdar.net

XƏBƏR LENTİ