Şəkidə 25 nəfəri soyan bakılı ƏLƏ KEÇDİ

684 9-02-2018, 18:43 cemiyyet / gundem

Şəkidə 25 nəfəri soyan bakılı ƏLƏ KEÇDİBakı sakini Şəkidə 25 nəfərə qarşı dələduzluq edib.

Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sakini G.Əlifova ötən ilin yanvar ayında Elçin adlı şəxsin onu aldadaraq 2230 manatını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib. Görülmüş tədbirlərlə o, dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2017-ci il ərzində Şəki rayon sakini olan 25 nəfəri də aldadaraq dələduzluq yolu ilə onlardan ümumilikdə 4420 manat alması müəyyən edilib. Şəki ŞRPŞ-də araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ