Vəkil: "Akif Çovdarovun səhhəti kritik həddədir, tibb məntəqəsində saxlanılır"

725 12-02-2018, 15:23 cemiyyet / gundem

Vəkil: "Akif Çovdarovun səhhəti kritik həddədir, tibb məntəqəsində saxlanılır"Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarov vəkili ilə görüşüb.

Bu barədə Trend-ə A.Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

Vəkil bildirib ki, görüş zamanı A.Çovdarovun səhhəti və saxlanma şəraiti ilə maraqlanıb: "Akif Çovdarovun səhhəti kritik həddədir. Onun ürəyi çox pis vəziyyətdədir və həyati təhlükəsi ola bilər. Hazırda o, 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində saxlanılır, həkimlər nəzarət edir. Vəziyyəti pis olmasına baxmayaraq, onun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmək fikri yoxdur".

Qeyd edək ki, ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov 12 il, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər məhkəmənin hökmündən apelyasiya şikayəti verib.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən, 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istixanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Xeberdar.net

XƏBƏR LENTİ