“Zeytun budağı” ilə bağlı son məlumat

790 13-02-2018, 12:29 dunya / gundem

“Zeytun budağı” ilə bağlı son məlumatTürkiyə ordusu “Zeytun budağı” əməliyyatı başlanan gündən bəri Suriyanın şimal-qərbində 1439 terrorçunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Ordu Baş Qərargahı bəyanat yayıb.

Suriyanın Afrin rayonunun PYD/PKK terrorçularından təmizlənməsi ilə bağlı “Zeytun budağı”əməliyyatı yanvarın 20-də başlanılıb.

Türkiyə SQ Afrindəki döyüş əməliyyatları beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının terrora qarşı mübarizə məsələləri ilə bağlı qətnamələri və BMT Nizamnaməsinin fərdi və kollektiv özünümüdafiə haqqında 51-ci maddəsinin tələblərinə uyğun şəkildə aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ