Ölkədəki respirator virusla bağlı son durum

905 14-02-2018, 11:34 cemiyyet / gundem

Ölkədəki respirator virusla bağlı son durumSəhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı ölkədəki vəziyyət barədə açıqlama verib.

Moderator.az xəbər verir ki, mərkəzin direktor müavini Afaq Əliyeva Trend-ə bildirib ki, ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma ötən ilki səviyyədədir.

Mütəxəssisin sözlərinə görə, xəstəliyin yayılma göstəricisində artım müşahidə edilmir. "Səhiyyə Nazirliyinin əmrinə uyğun olaraq, xəstələrin aşkar olunması, müəssisələrdə dezinfeksiya tədbirlərinin gücləndirilməsi, müayinələrin aparılması üçün tədbirlər davam etdirilir. Bu payız-qış mövsümündə laborator müayinələr aparılıb. Hələ ki, pandemik qrip virusları aşkarlanmayıb. Nümunələrin müayinəsi zamanı xəstələrin əsasən müxtəlif kəskin respirator virus infeksiyalarına yoluxduğu məlum olub".

Xeberdar.net

XƏBƏR LENTİ