AFFA-nın MƏRHUM PREZİDENTİNİN OĞLU FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ – Foto

670 15-02-2018, 12:18 gundem

AFFA-nın MƏRHUM PREZİDENTİNİN OĞLU FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ – Foto
Sabirabad rayonunun Həşimxanlı kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, “Jeep” markalı minik avtomobili su kanalına aşıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Avtomobil qəzasında dünyasını dəyişən Anar Mirzəyev AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin oğludur. Bu barədə “Report”a Tovuzun “Turan” klubunun sabiq prezidenti Vidadi Əhmədov məlumat verib.
V.Əhmədovun sözlərinə görə, mərhum bu gün Tovuzun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.

Qeyd edək ki, Anar Mirzəyev 30 oktyabr 2007-ci ildə dünyasını dəyişmiş Ramiz Mirzəyevin yeganə oğlu idi. A.Mirzəyev ailəlidir.


AFFA-nın MƏRHUM PREZİDENTİNİN OĞLU FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ – Foto

XƏBƏR LENTİ