ABŞ-dan Türkiyəyə qəribə təklif: “YPG-ni PKK ilə dalaşdıra bilərik…”

621 15-02-2018, 19:08 dunya / gundem

ABŞ-dan Türkiyəyə qəribə təklif: “YPG-ni PKK ilə dalaşdıra bilərik…”Türkiyənin müdafiə naziri Nurəddin Canikli ABŞ-ın Müdafiə naziri Ceyms Mettislə Brüsseldə keçirdiyi görüşdən sonra amerikalı həmkarıın skandal təklifi barədə danışıb.Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, türkiyəli nazirin sözlərinə görə, Pentaqon rəhbəri YPG-ni PKK terror təşkilatına qarşı döyüşdürə biləcəklərini deyib.
“ABŞ-ın terror təşkilatları ilə deyil, müttəfiqi Türkiyə ilə birgə çalışmalı olduğu fikrini yenidən vurğuladıq. YPG və PKK arasındakı bağlılığı göstərən bütün məlumat və sənədləri yenidən paylaşdıq. Mettis YPG-ni PKK-dan ayıra biləcəklərini, hətta PKK-ya qarşı döyüşdürə biləcəklərini söyləyib. Biz də YPG və PYD-nin heç bir zaman PKK-dan ayırmağın mümkün olmadığını bildirdik. ABŞ-ın yanaşmasına görə, PYD və YPG-ni PKK-dan ayırsalar, bizim üçün təhlükə olmaqdan çıxacaq. Eyni zamanda, PYD və YPG-nin “Suriya Demokratik Gücləri”nin tərkibindən tamamilə təmizlənməli olduğunu ifadə etdik”, – Nurəddin Canikli vurğulayıb.

Xeberdar.net

XƏBƏR LENTİ