Moskva nəhayət təsdiq etdi-ABŞ Suriyada hucum zamanı beş rus hərbçisini öldürüb

616 16-02-2018, 10:14 dunya / gundem

Moskva nəhayət təsdiq etdi-ABŞ Suriyada hucum zamanı beş rus hərbçisini  öldürüb
Rusiya Suriyada ABŞ-ın hücumları nəticəsində 5 vətəndaşının həlak olduğunu təsdiq edib.

Fevralın 7-də həyata keçirilən hava zərbələrindən sonra onlarla muzdlu əsgərin öldürüldüyü barədə xəbərlər yayılmışdı. Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hücum nəticəsində həlak olanların ordu üzvü olmadığını bəyan edib. İndiyədək nə Rusiya, nə də ABŞ itkilərlə bağlı heç bir məlumata malik olmadığını bildirirdi.

Əsəd rejiminə dəstək verən Rusiya ordusundan əlavə minlərlə insanın müzdlu əsgər kimi döyüşdüyü bildirilir. Rusiyanın döyüşçülərinin ölüm sayını aşağı saxlamağa çalışaraq reaksiyaları önlədiyi də iddia edilir. (Amerikanın Səsi)

XƏBƏR LENTİ