Çavuşoğlu Tillersonla Ankarada görüşür

755 16-02-2018, 14:05 dunya / gundem

Çavuşoğlu Tillersonla Ankarada görüşürHazırda Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ölkədə səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonla adanışıqlar aparır.

Trend-in məlumatına görə, görüş Ankarada keçirilir.

Görüşdə əsas müzakirə mövzusunun Türkiyənin Afrində apardığı hərbi əməliyyatlar olduğu bildirilib.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın Dövlət katibi Reks Tillerson Ankarada görüşüblər. Görüş 3 saat 15 dəqiqə davam edib. Tərəflər, Afrində keçirilən "Zeytun budağı" əməliyyatını, eləcə də Suriya və İraqdakı vəziyyəti müzakirə ediblər.

Xeberdar.net

XƏBƏR LENTİ