Hüquqşünaslar 1 saylı Cəzaçəkmə Müəssisəsini məhkəməyə verib

687 17-02-2018, 12:03 gundem

Hüquqşünaslar 1 saylı Cəzaçəkmə Müəssisəsini məhkəməyə verib
Hüquqşünaslar – Asimə Nəsirli və Səməd Rəhimli 1 saylı Cəzaçəkmə Müəssisəsini məhkəməyə verib.

“Report”un xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən hər iki şəxs hüquqşünas qovluqları yoxlanılmadan və etibarnamənin surətinin təqdim edilməsi əsasında dərhal və növbədənkənar görüşə buraxılmaqla, görüşlərin sayı və müddəti məhdudlaşdırılmamaqla görüşə şərait yaradılması barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib.

Hökmdən narazı qalan iddiaçılar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, qərar dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, A.Nəsirli S.Rəhimli ilə ötən il ailə həyatı qurub.

Xeberdar.net

XƏBƏR LENTİ