Dağıstanda silahlı hücum: Kilsəyə ibadətə gələn 5 qadın öldürülüb

579 19-02-2018, 10:49 gundem

Dağıstanda silahlı hücum: Kilsəyə ibadətə gələn 5 qadın öldürülüb
Kzlyar şəhərində atışma bu kilsənin qarşısında baş verib.
Dağıstanda kilsə qarşısında baş verən hücumu özünü İslam Dövləti adlandıran silahlı qruplaşma öz üzərinə götürüb.

Silahlı hücumu həyata keçirənin 22 yaşlı Dağıstan sakini Xəlil Xəlilov olduğu müəyyənləşib.

O, Kizlyar şəhərində axşam saatlarında xristian kilsəsi qarşısında ov tüfəngindən adamlara atəş açıb.

Hücum zamanı kilsədən çıxan 5 qadın öldürülüb.

Dörd qadın hadisə yerində, biri isə daha sonra xəstəxanada ölüb.

Rusiya rəsmilərinin yaydığı məlumata əsasən, arasında polis və mühafizəçi olmaqla 5 nəfər yaralanıb.

Hücum edən şəxs elə yerindəcə öldürülüb.
Dağıstanda silahlı hücum: Kilsəyə ibadətə gələn 5 qadın öldürülüb

Hücum zamanı yaralalanlar arasında polis əməkdaşları da olub
"Biz ibadətimizi bitirdik və kilsəni tərk etməyə başladıq..."
Özünü "İslam Dövləti" adlandıran qruplaşma hücumu onların təşkil etdiyini açıqlayıb.

Rusiya mətbuatından RBK-nın yaydığı məlumata görə, Ortadoks keşişi deyib ki, hücum birbaşa aşxam ibadətindən sonra həyata keçirilib.

"Biz ibadətimizi bitirdik və kilsəni tərk etməyə başladıq. Saqqallı kişi kilsəyə tərəf qaçdı və "Allahu Akbar" qışqırıb dörd nəfəri öldürdü" keşiş deyib.

O əlavə edib ki, "hücum edən şəxs tüfəng və bıçaqla silahlanmışdı".

Daha sonra İslam Dövləti özünün informasiya qanadı sayılan Amaq vastəsi ilə bildirib ki, hücumu "onların əsgərləri" həyata keçirib.

Baxmayaraq ki, bu iddianı sübut edən heç bir dəlil yoxdur.

İD bu iddiasını 2015-ci ildə yaratdığı "Qafqaz vilayəti" adından yayımlayıb.

Bu qruplaşma Dağıstanda təhlükəsizlik qüvvələrinə qarşı bir neçə ölümcül hücumda günahlandırılır.

Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi iki maddə, qətl və hüquq mühafizə orqanları əməkdaşlarının həyatına qəsdlə bağlı cinayət işi qaldırıb.

Dağıstan Rusiyanın Şimalı Qafqaz hissəsində yerləşir və etnik tərkibi müxtəlifdir. Respublika əhalisinin əksəriyyəti müsəlmandır./BBC/

Xeberdar.net

XƏBƏR LENTİ