Afrinə girmək istəyən terroçular geri çəkildi

733 21-02-2018, 10:35 dunya / gundem

Afrinə girmək istəyən terroçular geri çəkildiTürkiyə ordusu Afrinə girmək istəyən terrorçuları geri çəkilməyə məcbur edib.

Bu baradə “Anadolu” agentliyi məlumat yayıb.Məlumata əsasən, Əsəd rejimini dəstəkləyən terrorçular YPG/PKK və İŞİD-ə kömək göstərmək üçün hərəkətə keçib.

Zirehli avtomobillər və raket atanların olduğu 20 avtomobil Afrinə doğru irəliləməyə çalışıb. Türkiyə ordusunun xəbərdarlıq üçün top atəş açıb. Top atəşindən sonra şəhər mərkəzinə 10 km qalmış silahlılar geri çəkilməli olub.

Türkiyə Silahlı Qüvvələrinin məlumatına görə, terror qrupları Afrin sərhəddindən uzaqlaşıb.

Xeberdar.net

XƏBƏR LENTİ