Məşhurlar “Həyatımız üçün yürüş” etiraz aksiyasına 500 min dollar ianə vəd edib

603 21-02-2018, 10:38 dunya / gundem

Məşhurlar “Həyatımız üçün yürüş” etiraz aksiyasına 500 min dollar ianə vəd edibMəşhur “The Oprah Winfrey Show” verilişinin aparıcısı, aktrisa Opra Uinfri, amerikalı aktyor Corc Kluni və görkəmli Amerika rejissoru və prodüseri Stiven Spilberq martın 24-də Vaşinqtonda baş tutacaq “Həyatımız üçün yürüş” kütləvi etiraz aksiyasının keçirilməsinə hər biri 500 min dollar ianə vəd edib.

AZƏRTAC xəbər verir ki, etiraz aksiyası vasitəsilə məktəblilər ABŞ hökumətini silah satışına nəzarəti artırmağa və silah dövriyyəsinin tənzimlənməsinə dair yeni qanunların qəbul olunmasına çağıracaqlar.

Öz bəyanatında Corc Kluni deyib ki, o, ianə etməklə yanaşı, öz həyat yoldaşı ilə birlikdə yürüşdə iştirak da edəcək. Kluni ailəsinin ardınca, Opra Uinfri, rejissor Stiven Spilberq və həyat yoldaşı Keyt Kəpşou, prodüser Cefri Katzenberq də həmin məbləğdə ianə verəcəklərini vəd ediblər.

Xatırladaq ki, fevralın 14-də Florida ştatındakı Marcori Stounman Duqlas məktəbində 19 yaşlı Nikolas Kruz tərəfindən törədilmiş silahlı insident nəticəsində 17 nəfər həlak olub, 14 nəfər yaralanıb. N.Kruz bu qanlı qırğını “AR-15” avtomat tüfəngi ilə törədib. Hadisədən sonra, hüquq mühafizə orqanların nümayəndələri Kruzun yaşadığı evdə, onun tərəfindən asanlıqla əldə edilmiş 10 ədəd “AR-15” tipli avtomat tüfəngi tapıblar.

Xeberdar.net

XƏBƏR LENTİ