KXDR-in nümayəndə heyəti ABŞ-ın vitse-prezidenti ilə görüşdən imtina edib- Pxençanda

820 21-02-2018, 15:06 dunya / gundem

KXDR-in nümayəndə heyəti ABŞ-ın vitse-prezidenti ilə görüşdən imtina edib- Pxençanda
Pxençanda keçirilən Qış Olimpiya Oyunları zamanı ABŞ-ın vitse-prezidenti Mayk Penslə Şimali Koreya liderinin bacısı Kim Yo Çen arasında planlaşdırılan “məxfi görüş” KXDR-in təşəbbüsü ilə “son anda” ləğv edilib.

Interfax informasiya agentliyi xəbər verir ki, vitse-prezidentin ofisi tərəfindən yayılan məlumatda Şimali Koreya tərəfinin görüşü ləğv edərkən Pensin elan etdiyi yeni sanksiyalara narazılıq bildirdiyi qeyd olunur.

Ağ ev məmurlarının sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və Mayk Pens bu görüşə administrasiyanın KXDR-ə maksimal təzyiq göstərməsi üzrə kampaniyanın davami kimi yanaşırdı.

Xatırladaq ki, Ağ evin mətbuat katibinin müavini Rac Şah Olimpiada ərəfəsində jurnalistlərə ABŞ-ın vitse-prezidenti Mayk Pensin və Amerika prezidentinin qızı İvanka Trampın Pxençanda Şimali Koreya liderinin bacısı Kim Yo Çen ilə görüşünün nəzərdə tutulmadığını bildirmişdi. Şimali Koreyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi də öz növbəsində Olimpiya Oyunlarının açılışına gələn KXDR nümayəndə heyətinin ABŞ tərəfi ilə görüşmək istəyinin olmadığını demişdi.

Xeberdar.net

XƏBƏR LENTİ