“Zeytun budağı” əməliyyatının son statistikası – 90 məntəqə azad edilib

799 21-02-2018, 21:03 dunya / gundem

“Zeytun budağı” əməliyyatının son statistikası – 90 məntəqə azad edilibSuriyanın Afrin bölgəsində davam edən “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri tərəfindən azad edilən yaşayış məntəqələrinin sayı 90-a çatıb.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında daha 3 yaşayış məntəqəsi PYD və YPG terrorçularından azad edilib.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı son məlumata görə, əməliyyatlar çərçivəsində 1780 terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16″ təyyarələri də cəlb olunub.

Xeberdar.net

XƏBƏR LENTİ