Yol polisi rəisinin nöqsanlara görə işdən çıxarıldığı rəsmən təsdiqləndi

652 22-02-2018, 12:14 gundem

Yol polisi rəisinin nöqsanlara görə işdən çıxarıldığı rəsmən təsdiqləndi
Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisinin işdən çıxarılması rəsmən təsdiqlənib.

Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov işdə yol verdiyi nöqsanlarla əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb.

DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər. /”APA”

XƏBƏR LENTİ