Nazirlik MTK sahibini cərimələdi

788 2-03-2018, 14:06 cemiyyet / gundem

Nazirlik MTK sahibini cərimələdiEkologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Nizami rayonu, İ.Nəsimi küçəsi 8 ünvanında istehsalat və məişət tullantılarının qalaqlanması, mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmaması və yandırılması faktı aşkar edib.

Nazirliyin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda “Gündüz-AS” MTK tərəfindən hündür mərtəbəli binanın tikildiyi, tikinti zamanı yaranan istehsalat və məişət tullantılarının əraziyə atılaraq qalaqlandığı və yandırıldığı müəyyən olunub.

Faktla bağlı MTK-nın direktoru Zakir Bəkirov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Tullantıların ərazidən təmizlənməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün MTK-nın direktoruna icrası məcburi olan “məcburi göstəriş” verilib.

Reyd zamanı Nərimanov rayonu, Ə.Əliyev küçəsi 34 ünvanında yerləşən köhnə əlvan metal qəbulu zavodunun ərazisində də sənaye tullantılarının qalaqlanaraq yandırılması faktı aşkar edilib.

Araşdırma zamanı tullantıların fiziki şəxs Fərahim Nəsibov tərəfindən toplanaraq yandırıldığı müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, 300 manat məbləğində cərimə olunub.

Xeberdar.net

XƏBƏR LENTİ