Bakıda 50 dayanacaq təşkil edildi

667 3-03-2018, 14:08 cemiyyet / gundem

Bakıda 50 dayanacaq təşkil edildiPaytaxtın Binəqədi rayonu A.Kunanbayev, M.Davudoğlu küçələri, 4-cü qapı-Binəqədi yolu, Suraxanı rayonunda isə Etibar Bəkirli küçəsi-Zığ yolunda aparılan təmir işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən 50 dayanacaq məntəqəsi təşkil edilib.

Moderator.az xəbər verir ki, bunlardan da 27-də pavilyon quraşdırılıb. Buna məqsəd isə sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi, həmçinin, sərnişindaşımada keyfiyyətin artırılmasıdır.

Xeberdar.net

XƏBƏR LENTİ